Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Tərəflər arasında təkbətək görüş olub.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.