Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Beyləqanda növbəti ağacəkmə aksiyası təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada RİH başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın, idarə, müəssisə və təşkilatların əməkdaşları və yerli sakinlər iştirak ediblər.
Beyləqan şəhərinin Heydər Əliyev prospekti ətrafında keçirilən ekoloji aksiya zamanı çoxsayda ağac və gül tingləri əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib və ərazidə abadlıq işləri aparılıb.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliklərinə qarşı mübarizədə ictimai iştirakçılığı təşviq etməkdir.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqanda ekoloji layihələrin və ağacəkmə aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.