BMT-nin Baş katibi Antonio Quterreş Venesuelada yaranmış gərginlik və ABŞ-nin ölkə ərazisində apardığı hərbi əməliyyatlarla bağlı ciddi narahatlıq ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş katibin mətbuat katibinin yaydığı bəyanatda bildirilir.
Quterreş qeyd edib ki, mövcud vəziyyət region üçün təhlükəli və gözlənilməz nəticələrə yol aça bilər.
“Venesuelada baş verənlər konkret vəziyyətdən asılı olmayaraq, təhlükəli presedent yaradır. Baş katib BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə hər kəs tərəfindən tam riayət olunmasının vacibliyini daim vurğulayır. Beynəlxalq hüquqa hörmətsizlik ciddi narahatlıq doğurur”, – deyə bəyanatda vurğulanır.
Antonio Quterreş bütün tərəfləri insan hüquqlarına və hüququn aliliyinə hörmət prinsipləri əsasında inklüziv və konstruktiv dialoqa çağırıb.
Son xəbərlər
Son Xəbərlər