Boynundakı səpgilər müzakirə yaratdı - Foto

boynundaki-sepgiler-muzakire-yaratdi
Oxunma sayı: 756

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən son tədbirdəki görüntüsü onun sağlamlıq vəziyyəti ilə bağlı müzakirələri yenidən alovlandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Şərəf” medalı mərasiminə qatılan Amerika liderinin boynunun sağ tərəfində qırmızı səpgi müşahidə edilib.

Mərasim zamanı Trampın gözlərinin altındakı torbalar və yorğun görünüşü də medianın diqqətindən yayınıb.

Qeyd edək ki, bu, Trampın səhhəti ilə bağlı yayılan ilk iddia deyil. Yanvarın 1-də “The Wall Street Journal” qəzeti Prezidentin qocalma əlamətlərini və bədənindəki göyərmələri gizlətmək üçün xüsusi makiyajdan istifadə etdiyini yazmışdı.

Nəşrin məlumatına görə, Trampın dərisi son vaxtlar həddindən artıq həssaslaşıb. Hətta Respublikaçıların qurultayı zamanı baş prokuror Pem Bondinin təsadüfən üzüyü ilə ona toxunması nəticəsində əlində qanaxma başladığı bildirilir. Ağ Ev rəsmiləri isə bu göyərmələri Trampın ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qəbul etdiyi aspirin dozası və intensiv əl sıxılmaları ilə əlaqələndirirlər.

Xatırladaq ki, bir müddət əvvəl Slovakiyanın Baş naziri Robert Fitso da Trampın psixoloji vəziyyəti ilə bağlı narahatlığını ifadə edərək, onu “təhlükəli” adlandırmışdı. Lakin həm Ağ Ev, həm də Fikonun özü sonradan həmin iddiaları kəskin şəkildə təkzib ediblər.