Bu yerlərdə də parkinq qiymətləri qalxır - AYNA-dan açıqlama - Cədvəl

bu-yerlerde-de-parkinq-qiymetleri-qalxir
Oxunma sayı: 6195

Gələn aydan “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda aylıq parkinq qiymətləri qalxacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan cədvəllərdə saatlıq və aylıq tariflər müəyyən edilib.

Bildirilib ki, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.

Xəbəri rus dilində oxuyun: Освобождены осужденные три месяца назад офицеры Госслужбы

Məlumatda sözügedən tariflərin aprelin 1-dən qüvvəyə minəcəyi qeyd olunub. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də sorğu ünvanlamışıq.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuz belə cavablandırıldı: “AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən, qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

Qeyd edək ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.

Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.

Yayılan qiymət cədvəllərini təqdim edirik: