Şotlandiyanın ucqar adalarından biri olan Şimali Ronaldsayda 34 ildən sonra ilk dəfə körpə dünyaya gəlib.
“Qafqazinfo”nun xəbərinə görə, Elis Trayl Ford CNN-ə bildirib ki, oğlu Dunkan sentyabrın 15-də dünyaya gəlib. Bu, Şimali Ronaldsayda 34 ildən sonra ilk doğuş olub.
İlkin plan Dunkanın Kosta Rikada dünyaya gəlməsi olub. Ailə Şimali Ronaldsaya gələndə artıq geri dönüş uçuşlarını sifariş etsə də, doğuş planı dəyişib. Trayl Ford adanın onun üçün xüsusi və dəstəkləyici doğum mühiti olduğunu anlayaraq oğlunun burada dünyaya gəlməsinə qərar verib.
Şotlandiya hökumətinin 2024-cü il məlumatlarına görə, Şimali Ronaldsayın əhalisi 72 nəfər olub. Trayl Ford hazırda adada 51 nəfərin yaşadığını bildirib.
Trayl Ford adada yaşayan insanların özlərini geniş ailə və uzaq qohumlar kimi hiss etdiklərini deyib. O, adada uzun müddət doğuş hadisəsinin baş verməməsini səhiyyə imkanlarının məhdudluğu ilə əlaqələndirib. Onun sözlərinə görə, adada həkim və xəstəxana yoxdur, yalnız tibb bacısı fəaliyyət göstərir.

Son xəbərlər
Son Xəbərlər