Cavab oyununda iştirak edə bilməyəcək

cavab-oyununda-istirak-ede-bilmeyecek
Oxunma sayı: 667

UEFA-nın İntizam Komitəsi “Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”lə keçiriləcək vacib cavab oyunundan kənarlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, buna futbolçunun UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozması səbəb olub.

Qurumun rəsmi açıqlamasında bildirilir ki, Prestianni intizam qaydalarını pozduğu üçün növbəti matçda iştirak edə bilməyəcək və bu qərar hazırda davam edən genişmiqyaslı araşdırmanın yekun nəticələrinə təsir göstərməyəcək.

Qeyd edək ki, Portuqaliyada baş tutan ilk qarşılaşmada “Kral klubu” 1:0 hesablı minimal qələbə qazanıb. Həmin matçda yeganə qolun müəllifi olan Vinisius Juniorun irqçi təhqirlərə məruz qaldığı bildirilmişdi. İspaniya mətbuatının yaydığı məlumata görə, braziliyalı ulduza qarşı həmin təhqirləri məhz Prestianni səsləndirib.

Məlumat üçün bildirək ki, komandalar arasındakı həlledici cavab oyunu fevralın 25-də Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.