Corciyada meşə yanğınları - 90 ev məhv olub - Video

corciyada-mese-yanginlari
Oxunma sayı: 403

Son iki gün ərzində ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində təxminən 90 yaşayış evi məhv olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Quru və isti hava şəraiti, həmçinin güclü külək alovun sürətlə yayılmasına şərait yaradır. Ən böyük yanğın ocağının əhatə etdiyi ərazi 13,7 min hektar olaraq qiymətləndirilir.

Təxminən 1000 yaşayış evi və digər tikililər məhv olma təhlükəsi ilə üzləşib. Təbii fəlakət səbəbindən minlərlə insan təxliyə edilib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, ştat ərazisində yanğın artıq bir neçə gündür davam edir. Ən çətin vəziyyət Brentli dairəsində müşahidə olunur. Bundan əlavə, qonşu Florida ştatının şimal hissəsində də yanğın ocaqları qeydə alınıb, burada da əhalinin təxliyəsinə başlanılıb.