ABŞ-nin Corciya ştatında baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi məhv olub.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, alov sürətlə yayılmağa davam edir.
Məlumata görə, ən çətin vəziyyət Brentli dairəsində müşahidə olunur. Belə ki, burada quru və isti hava şəraiti səbəbindən alov sürətlə yeni ərazilərə yayılır.
Təxminən min yaşayış evi və digər tikililərin məhv olmaq təhlükəsi altında olduğu bildirilir. Yerli sakinlərin təcili təxliyəsi həyata keçirilir. Bundan əlavə, qonşu Florida ştatının şimal hissəsində də yanğın ocaqları qeydə alınıb, burada da əhalinin təxliyəsinə başlanılıb.
Yanğınların baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər