Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepr şəhərinə dron hücumu həyata keçirib.
“Qafqazinfo” bu barədə UNIAN-a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Onlardan 4-ü uşaqdır.
Hücumda 15 binaya, o cümlədən tələbə yataqxanası, təhsil və qida müəssisələrinin binalarına ziyan dəydiyi bildirilir.