Məşhur “Kızılcık Şerbeti” serialı baş rol ifaçısı Doğukan Güngörlə (Fatih) yollarını ayırıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində saxlanılan aktyorun analizlərinin müsbət çıxmasıdır.
Bundan sonra prodüser qrupu onun bu gün çəkilən səhnələrini serialda istifadə etməmək qərarına gəlib.
Güngör məsələ ilə bağlı açıqlama verərək “Allah böyükdür, hər şeyi görür” deyib.
Son xəbərlər
Son Xəbərlər