FIFA-dan Türkiyə klubuna transfer qadağası

fifa-dan-turkiye-klubuna-transfer-qadagasi
Oxunma sayı: 1052

Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubuna transfer qadağası qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FIFA qərar çıxarıb.

Bu, qarşıdakı üç transfer dönəminə şamil ediləcək.

“Konyaspor” hazırda 29 turdan sonra 34 xalla 12-ci pillədə qərarlaşıb.