Fransada 480 nəfər şiddətli istidən öldü

fransada-480-nefer-siddetli-istiden-oldu
Oxunma sayı: 2330

Fransada iyunun sonu - iyulun əvvəllərində müşahidə olunan şiddətli istilər səbəbindən 480 nəfər ölüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Santй publique France” məlumat yayıb.

İstilərin birinci dalğasının iyunun 19-dan iyulun 6-dək davam etdiyi və əhalinin təxminən 74%-nin yaşadığı əraziyə təsir göstərdiyi bildirilir. Hava şəraitinə görə ən azı 480 nəfər ölüb.

Əksər ölüm halları (410 hadisə) 75 yaşdan yuxarı insanlar arasında baş verib.