Göygöldə evakuator piyadanı vurub öldürdü

goygolde-evakuator-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1436

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. 

Belə ki, evakuator yolu keçmək istəyən Müzakir Abdullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev