Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal

gulescilerimizden-1-gumus-2-burunc-medal
Oxunma sayı: 675

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.

“Qafqazinfo” xəbər verir ki, Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabı ilə məğlub olaraq gümüş medalçı olub. 

Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə 8:0 hesabı ilə qalib gəlib.

Xasay Həsənli (77 kq) isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medal qazanıb.