Gülşen saxlanıldı

gulsen-saxlanildi
Oxunma sayı: 8239

Türkiyəli müğənni Gülşen saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Gülşenə qarşı xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı irəli sürüb.  

Müğənninin prokurora ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Gülşenin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Tviterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib.