Günəş üzərində “M” sinfinə aid üç iri partlayış qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Tədqiqatları İnstitutu məlumat yayıb.
İnstitutun təqdim etdiyi məlumata görə, güclü püskürmələr Bakı vaxtı ilə təxminən 16:23-18:07 radələrində baş verib. Mütəxəssislər bu partlayışları M1.03, M1.58 və M1.11 səviyyələrində dərəcələndiriblər.
Qeyd edək ki, “M” sinfi Günəş partlayışları arasında gücünə görə ikinci yerdə dayanır və Yer kürəsində qısadalğalı radio rabitəsində müvəqqəti kəsintilərə, həmçinin qütb bölgələrində radiasiya fırtınalarına səbəb ola bilər.
Son xəbərlər
Son Xəbərlər