Quba və Qəbələdə regional seminarlar və ödənişsiz müayinələr təşkil olunub - Fotolar

quba-ve-qebelede-regional-seminarlar-ve-odenissiz-muayineler-teskil-olunub
Oxunma sayı: 1326

TƏBİB və “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi”nin birgə təşkilatçılığı ilə “Hepatit xəstəliklərinin erkən diaqnostikası, müalicəsi və profilaktikasına multidissiplinar yanaşma” mövzusunda regional seminarlar təşkil olunur.

İlk seminar 4 oktyabr tarixində Quba Rayon Mərkəzi Xəstəxanasında, növbəti tədbir isə 7 noyabr Qəbələ Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Seminarda “Referans Klinik Laboratoriya” və Poliklinika Mərkəzinin Qaraciyər xəstəliklərinin müalicə və diaqnostika mərkəzinin rəhbəri, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, qastroenteroloq-hepatoloq tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, qastroenteroloq-hepatoloq Dr. Mahirə Qədirova, hepatoloq Dr. Səltənət Efendiyeva, cərrah-invaziv endoskopist Dr. Fərid Dünyamalıyev və Referans Klinik Laboratoriya Mərkəzinin Həkim-Laborantı Dr. İlahə Umudova çıxış ediblər.

Seminarlar dünya təcrübəsində hepatit xəstəliklərinin vaxtında aşkar edilməsi üçün istifadə olunan müayinə metodları, yeni müalicə üsulları və profilaktika tədbirləri haqqında məlumat verilib. Seminarlarda iştirakçılara hepatit xəstəliklərinin yeni diaqnostik metodları və müalicə üsulları haqqında məlumat təqdim edilib və həkimlərlə birlikdə bu mövzuda diskusiyalar keçirilib.

Seminarlarda iştirak edən bölgə həkimləri ilə müzakirələr aparılıb və əldə edilən biliklərin gələcəkdə tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, seminarda çıxış edən həkimlər təcrübə mübadiləsi və pasiyentlərə əlçatan xidmət göstərilməsi məqsədilə hər iki rayonda ödənişsiz həkim müayinələri də həyata keçirilib.