Husilərin yüksəkrütbəli məmuru öldürüldü

husilerin-yuksekrutbeli-memuru-olduruldu
Oxunma sayı: 1235

ABŞ-nin gecə Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbələri nəticəsində husilərin yüksəkrütbəli məmuru həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “The Times of Israel” məlumat yayıb.

Məlumatda məmurun adı və ya vəzifəsi göstərilmir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı əməliyyatlara başlamağı əmr etmişdi.