Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, 3,9 bal gücündə olan zəlzələ yerin 6,99 km dərinliyində qeydə alınıb.
***
NTV-nin məlumatına görə, İstanbulda 6,2 maqnitudalı ikinci zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib.
***
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və digər müvafiq qurumların hazırda dağıntı və xəsarət alanlarla bağlı ərazilərdə araşdırmalara başladığını açıqlayıb.
Eyni zamanda, AFAD vətəndaşları uçma təhlükəsi olan tikililərə yaxın durmamağa çağırıb.
***
NTV-nin məlumatına görə, İstanbulda 4,4 və 4,9 bal gücündə daha iki zəlzələ baş verib.
Hər iki təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Hazırda afterşoklar davam edir.
***
“TRT Haber”in məlumatına görə, İstanbulda ard-arda 7 zəlzələ qeydə alınıb.
Onlardan ən böyüyü 6,2 bal gücündə olub.
***
İstanbul Valiliyi zəlzələ nəticəsində hələ ki hər hansı dağıntı barədə məlumat daxil olmadığını açıqlayıb.
Bununla belə, araşdırmaların davam etdiyi qeyd olunub.
***
“TRT Haber”in məlumatına görə, İstanbulda 1 saat ərzində 8 zəlzələ qeydə alınıb.
A.Yerlikaya da öz növbəsində dağıntı ilə bağlı məlumat daxil olmadığını vurğulayıb.
***
Ölkənin DİN rəhbəri zəlzələnin 13 saniyə davam etdiyini və 51 afterşok qeydə alındığını açıqlayıb.