İstanbulda leysan, sel qadını apardı - Video

istanbulda-leysan-sel-qadini-apardi
Oxunma sayı: 942

İstanbulda dünən axşam başlayan və fasilələrlə davam edən leysan şəhərdə bir sıra fəsadlara səbəb olub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, güclü yağış səbəbindən küçələri, yeraltı keçidləri, evləri və iş yerlərini su basıb. Nəticədə, avtomobil və sakinlərin yollarda hərəkəti çətinləşib.

Ölkə mediasında yayılan görüntülərin birində yağış sularının səbəb olduğu selin bir qadını apardığını görmək mümkündür. Qadın daha sonradan ətrafdakı şəxslərin köməyi ilə xilas edilib.

Həmin görüntüləri təqdim edirik: