İtkin düşən balıqçılardan birinin meyiti tapıldı

itkin-dusen-baliqcilardan-birinin-meyiti-tapildi
Oxunma sayı: 2526

Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən balıqçılar qohum idi.