Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.
“Qafqazinfo” xəbər verir ki, bu gün həmin təhsil müəssisəsinin 7-ci sinif şagirdi məktəbdə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin mühafizəçisinin təkidi ilə bir qrup şəxs həyətdə çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində televiziyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in “102” Xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.
***
“Space TV”dən bildirilib ki, hadisə zamanı onların da çəkiliş qrupu hücuma məruz qalıb.
Son xəbərlər
Son Xəbərlər