Jurnalistləri həmin məktəbin önündə döydülər - Saxlanılanlar var+Video

jurnalistleri-hemin-mektebin-onunde-doyduler
Oxunma sayı: 4134

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi məktəbdə bədbəxt hadisə nəticəsində həyatını itirib.

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.

Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

***

Əldə etdiyimiz məlumata görə polis tərəfindən saxlanılanlar var.

Araşdırma aparılır.

***

“Space TV”dən bildirilib ki, hadisə zamanı onların da çəkiliş qrupu hücuma məruz qalıb.