Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi “Nürnberq” komandasının heyətində Almaniya kubokunun 1/16 final mərhələsində fərqlənib.
“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı forvard “Hoffenhaym”la keçirilən görüşün 48-ci dəqiqəsində komandasının yeganə qoluna imza atıb.
Mahir matçın 81-ci dəqiqəsində əvəzlənib.
Qarşılaşma “Nürnberq”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, millimizin üzvü daha əvvəl də 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda rəqib qapısına yol tapıb.