Azərbaycanın tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yeni layihə həyata keçirib.
“Qafqazinfo”nun məlumatına görə, “Zəngəzur yallısı” adlanan layihədə məşhur türk klarnet ifaçıları Hüsnü Şenlendirici, Serkan Çağrı və Bülent Altınbaş da yer alıb.
İfaçıların geyindiyi köynəyin üzərində “Zəngəzur” yazısının olması isə xüsusilə diqqət çəkib.
Yay aylarında təqdim olunacaq layihə özündə siyasi mesajları da ehtiva edir.