“Miomamı çıxararkən bağırsağımı kəsdilər”

miomami-cixararken-bagirsagimi-kesdiler
Oxunma sayı: 1349

Türkiyəli aktrisa Aslı Bekiroğlunun səhhətində həkim səhvi ucbatından ciddi problem yaranıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bu haqda qatıldığı proqramlardan birində danışıb.

Bekiroğlu uşaqlıq nahiyəsindən miomanın çıxarılması üçün əməliyyat keçirdiyini, lakin yanlışlıqla bağırsağının kəsildiyini bildirib: “Uşaqlığımdan miomanı çıxararkən təsadüfən bağırsağımın təxminən 7 santimetr hissəsini kəsdilər. Bağırsağım kəsildiyi üçün bir həftə sonra yenidən əməliyyat olundum. Tikilmişdi, amma sonradan sızma oldu, təxminən 6-7 ay gözlədik. Oktyabr ayında başqa bir əməliyyat keçirdim. Daha iki əməliyyat keçirəcəyəm, biri yanvar ayında, digəri isə ümid edirəm ki, mart-aprel aylarında. Hamı soruşur ki, kilo almısan, hamiləsən? Kilo almışam, çünki dərman qəbul edirəm”. 

Qeyd edək ki, Aslı Bekiroğlu başına gələn qeyri-adi hadisələrlə tez-tez gündəmə gəlir. Belə ki, o bir neçə gün öncə tamaşa zamanı xoşagəlməz hadisə yaşamışdı, teatr səhnəsində başına qapı düşmüşdü.