Tamaşa zamanı başına qapı düşdü - Foto

tamasa-zamani-basina-qapi-dusdu
Oxunma sayı: 1761

Türkiyəli aktrisa Aslı Bekiroğlu baş rolu canlandırdığı “Sil Baştan” adlı  tamaşa zamanı bədbəxt hadisə ilə üzləşib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxış zamanı səhnə qapısı aktrisanın başına düşüb. 

Tamaşadan sonra Aslı tamaşaçılara “Yaxşıyam, yaxşı olacağam”, - deyib. 

Qəzadan sonra aktrisa MRT müayinəsi üçün xəstəxanaya müraciət edib.