Moskvada ticarət mərkəzi boşaldılıb - Video

moskvada-ticaret-merkezi-bosaldilib
Oxunma sayı: 3259

Rusiyanın paytaxtı Moskvanın Smolenskaya meydanında yerləşən “Smolenskiy passaj” ticarət mərkəzində evakuasiya aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Yayılan videogörüntülərdə insanların küçədə ticarət mərkəzinin binasını tərk etməsi əks olunub. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.