Ödənişli yolda daha bir ağır qəza - 1 ölü, 3 yaralı - Foto

odenisli-yolda-daha-bir-agir-qeza
Oxunma sayı: 3729

Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.