İtaliyada ardıcıl üçüncü gündür davam edən fırtına bir çox bölgələrdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
“Qafqazinfo” ANSA agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət xüsusilə də Liquriya və Toskana bölgələrinə ciddi zərər vurub.
Pezaro-e-Urbino əyalətində Metauro çayı məcrasından çıxaraq bir neçə bələdiyyənin su altında qalmasına səbəb olub. Urbaniya şəhərində xilasedicilər evində köməksiz vəziyyətdə qalan bir nəfəri xilas edib.
Genuya əyalətinin Karasko şəhərində torpaq sürüşməsi təhlükəsi səbəbindən bir binanın 10 sakininin təxliyəsi həyata keçirilib.
Təbii fəlakət yerli biznesə də ciddi ziyan vurub. Belə ki, La Speziya şəhərində su və palçıq onlarla mağaza, emalatxana və anbar binalarına dolub. Nəticədə mallara, mebellərə, avadanlıqlara və mühəndis sistemlərinə ziyan dəyib.
Roya çayında suyun səviyyəsinin qəfil qalxması nəticəsində miqrant düşərgəsində çıxılmaz vəziyyətdə qalan 16 nəfər xilas edilib.



Son xəbərlər
Son Xəbərlər