Orbanın yaxın çevrəsi ölkədən kapital çıxarır - İddia

orbanin-yaxin-cevresi-olkeden-kapital-cixarir
Oxunma sayı: 588

Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi FİDES partiyasının ağır məğlubiyyətindən sonra onun ən yaxın tərəfdaşlarının ölkədən böyük məbləğdə kapital çıxarmağa başladığı iddia edilir.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Orbanın “dar çevrəsinə” daxil olan ən azı üç nüfuzlu şəxsin öz aktivlərini xaricə köçürdüyü məlum olub.

Məlumata görə, vəsaitlərin bir hissəsi Yaxın Şərq ölkələrinə – Səudiyyə Ərəbistanı, Oman və BƏƏ-yə, digər hissəsi isə Avstraliya və Sinqapura yönləndirilir.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə Peter Macarın rəhbərlik etdiyi müxalif “Tisza” partiyası böyük fərqlə qalib gələrək parlamentdə mütləq çoxluğu əldə edib. Viktor Orban məğlubiyyəti etiraf edərək nəticələri “ağrılı” adlandırıb.

Onu da bildirək ki, bu günlərdə Orban daha bir gözlənilməz addım ataraq parlamentdəki deputat mandatından imtina etdiyini açıqlayıb. O, deputat yerini FİDES partiyasına qaytardığını və hazırda parlamentdə deyil, “milli düşərgənin yenidən təşkili” prosesində daha çox lazım olduğunu bildirib.