Özünə kömək üçün süni intellekt agenti yaradır

ozune-komek-ucun-suni-intellekt-agenti-yaradir
Oxunma sayı: 385

Amerikalı milyarder Mark Zukerberq “Meta” şirkətinin baş direktoru vəzifəsində kömək etmək məqsədilə özünə süni intellekt agenti yaradır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Agent artıq bir neçə işçi arasında axtarış tələb edən məlumatları tez bir zamanda əldə etmək üçün istifadə olunub. Nəşrin yazdığına görə, Zukerberq hər bir “Meta” işçisinin gələcəkdə öz şəxsi süni intellekt agentinə sahib olmasını istəyir.

Hazırda şirkətin 78 min işçisinin olduğu və süni intellektin tətbiqinin rəqabət qabiliyyəti üçün vacibliyi qeyd edilir.

Daha əvvəl “Reuters” öz mənbələrinə istinadən “Meta”nın süni intellekt infrastrukturunun xərclərini kompensasiya etmək və işçilərin səmərəliliyini artırmaq üçün işçi qüvvəsinin təxminən 20 faizini ixtisar etməyi planlaşdırdığını yazmışdı. Təsadüfi deyil ki, şirkət ötən il “OpenAI”, “Google” və “Anthropic”ə qarşı mövqeyini gücləndirmək üçün startap “Scale AI”yə təxminən 15 milyard dollar sərmayə qoyub. “Financial Times” qəzetinin məlumatına görə, bu sövdələşmə süni intellekt sahəsində ən böyük sövdələşmələrdən biri hesab olunur.

“Meta” həmçinin süni intellektdən sosial mediada istifadə etməyi planlaşdırır.