Məlum olduğu kimi, Rusiya və ABŞ arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan sonuncu böyük sazişin – “Yeni START” müqaviləsinin müddəti bu gün başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov müqavilənin müddətinin bitməsi ilə bağlı Moskvadan gələn son mesajları ictimailəşdirib.
Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, rəsmi Vaşinqtondan hər hansı konstruktiv addım atılarsa, Rusiya dialoqa başlamağa hazırdır:
“Əgər hər hansı konstruktiv cavab olarsa, əlbəttə ki, dialoqa başlayacağıq”.
Xatırladaq ki, 2011-ci ildə qüvvəyə minən və 2021-ci ildə 5 il müddətinə uzadılan müqavilə iki ölkənin nüvə arsenallarını nəzarətdə saxlayan sonuncu hüquqi sənəd idi. Rusiya ötən ilin sentyabrında silah limitlərini könüllü olaraq daha bir il qorumağı təklif etsə də, ABŞ tərəfi bu təşəbbüsə hələ rəsmi cavab verməyib. Donald Tramp administrasiyası yeni sazişdə Çinin də iştirakını israr edir, Pekin isə hələlik həmin danışıqlardan imtina edir.
Son xəbərlər
Son Xəbərlər