Priqojının ölümü rəsmən təsdiqləndi

priqojinin-olumu-resmen-tesdiqlendi
Oxunma sayı: 5763

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin ölümünü rəsmən təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

“Tver vilayətində baş vermiş təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik ekspertizalar başa çatıb. Onların nəticələrinə əsasən ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, bu, uçuş vərəqəsində göstərilən siyahıya uyğundur”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb.