“Qalatasaray” Türkiyə Kubokunun finalında

qalatasaray-turkiye-kubokunun-finalinda
Oxunma sayı: 2565

“Qalatasaray” Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi bir oyundan ibarət yarımfinal mərhələsində “Konyaspor”u evdə 5:1 hesabı ilə məğlub edib.

Qollar:

“Qalatasaray”: Viktor Oşimen (26), Lukas Torreyra (42) Roland Şallai (47, 55) və Yusuf Demir (90+1)

“Konyaspor”: Pedrinyo (53).

Qeyd edək ki, “Qalatasaray” finalda “Trabzonspor” – “Göztəpə” cütünün qalibi ilə qarşılaşacaq.