“Pakistan Hindistana qətiyyətli cavab verib” - Şahbaz Şərif

pakistan-hindistana-qetiyyetli-cavab-verib
Oxunma sayı: 4178

“Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” səhifəsində yazıb.

O qeyd edib ki, Hindistan Pakistanın beş yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib:

“Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və ordusu düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”.