Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Qarabağ kanalında 15 yaşlı yeniyetmə batıb.
“Qafqazinfo”nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinə (FHN) Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər