Ronaldo otelini zəlzələdən zərərçəkənlər üçün istifadəyə verdi - Foto

ronaldo-otelini-zelzeleden-zerercekenler-ucun-istifadeye-verdi
Oxunma sayı: 4919

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Mərakeşdə yerləşən "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu otelində ölkədə baş verən zəlzələdən zərərçəkənləri yerləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Xatırladaq ki, Mərakeşin Əl-Huz bölgəsində baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2012-yə yüksəlib. Yaralıların sayı isə 2059-a çatıb.