Rusiyaya məxsus daha 3 təyyarə və 3 helikopter vurulub

rusiyaya-mexsus-daha-3-teyyare-ve-3-helikopter-vurulub
Oxunma sayı: 2105

Ötən sutka ərzində Ukrayna səmasında Rusiya qoşunlarına məxsus üç təyyarə və üç helikopter vurulub.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilir ki, Rusiyaya məxsus iki ədəd “Su-25” təyyarəsi Çerniqovşina, biri isə Volnovaxada vurulub.

“Beləliklə, hərbi əməliyyat başlayandan bu günə qədər Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus 39 təyyarə və 40 helikopter vurub”, - deyə məlumatda qeyd olunub.