Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edildi

saakasvili-qiyabi-olaraq-9-il-azadliqdan-mehrum-edildi
Oxunma sayı: 3612

Gürcüstanın saxlanılan sabiq prezidenti Mixail Saakaşvili qiyabi olaraq 9 il azadlıqdan məhrum edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub.

Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir. Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.

Saakaşvili Gürcüstanda saxlanıldı