Məlum olduğu kimi, “Sabah” Çempionlar Liqasında növbəti tarixi uğura imza ataraq pley-off mərhələsinə adlayıb.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu darmadağın edib.
Doğma meydanda rəqib qapısından 4 cavabsız top keçirən komandamız iki oyunun nəticəsinə əsasən, (5:2) növbəti mərhələyə vəsiqə qazanıb.
Bu möhtəşəm qələbə ilə “Sabah” ən pis halda UEFA Avropa Liqasının qrup mərhələsində iştirakını təmin edib.
Məlumat üçün bildirək ki, təmsilçimiz bundan öncəki mərhələdə Finlandiyanın KuPS klubunu mübarizədən kənarlaşdıraraq azı UEFA Konfrans Liqasının qrup mərhələsini özü üçün təmin etmişdi.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər