Evinin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni “Güllü”nün ölümü ilə bağlı istintaq çərçivəsində yeni detallar üzə çıxıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə baş verən zaman həmin evdə olan Sultan Nur Ulu adlı şəxs mərhumun qızı Tuğyan Ülkem Gülterlə birlikdə ölkədən qaçmağa cəhd edərkən saxlanılıb.
O, dindirilmə zamanı “Güllü”nün yıxılmadığını, əksinə qızı tərəfindən itələnərək pəncərədən atıldığını iddia edib.
“Güllü”nün qızı Gülterin vəkilləri isə verdikləri açıqlamada işdən çəkildiklərini bildiriblər:
“Əvvəldən demişdik ki, ən kiçik şübhə olsa, müdafiədən imtina edəcəyik. İndi bu şübhələr mövcuddur. “Güllü”nün xatirəsinə hörmət əlaməti olaraq bu qərarı verdik”.
İstintaq çərçivəsində “Güllü”nün qızı da daxil olmaqla ümumilikdə 5 şübhəli şəxs ədliyyə binasına aparılıb.
İş üzrə araşdırmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər