Şəhid anasının vəfatı ilə bağlı xəstəxanadan - Açıqlama

sehid-anasinin-vefati-ile-bagli-xestexanadan
Oxunma sayı: 4976

Xəbər verdiyimiz kimi, şəhid Anar Kazımovun anası Səyyarə Alıyeva Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olunduqdan sonra vəfat edib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.