Sidney terrorçusuna qarşı ittiham irəli sürüldü - 59 maddə üzrə

sidney-terrorcusuna-qarsi-ittiham-ireli-suruldu
Oxunma sayı: 485

Sidneyin Bondi çimərliyində terror aktı törətmiş 24 yaşlı Navid Akrama qarşı 59 maddə, o cümlədən 15 nəfəri qətlə yetirmək və terror aktı törətmək üzrə ittiham irəli sürülüb.

“Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi bəyanat yayıb. 

İttihamlardan biri qətl törətmək, 40-ı qətl məqsədilə bədən xəsarətləri vurmaq, digərləri binada və ya onun yaxınlığında partlayıcı qurğu yerləşdirmək, ağır bədən xəsarətləri yetirmək üçün odlu silahdan istifadə və terror simvolikasını açıq nümayiş etdirməklə bağlıdır. 

Xatırladaq ki, dekabrın 14-də Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib. Hadisə nəticəsində aralarında uşaqların da olduğu 15 nəfər həlak olub. Terror aktı törədən şəxslərin 50 yaşlı Sajid Akram və oğlu Navid Akramın olduğu müəyyən edilib. Atışma zamanı ata öldürülüb, oğlu isə xəstəxanaya yerləşdirilib.