Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

sumqayitda-fabrikde-kutlevi-zeherlenme
Oxunma sayı: 3985

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Mərkəzin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda vurğulanıb.