ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza sektorunun idarə edilməsi məqsədilə yaradılan Sülh Şurasının tərkibinə qatılmağa dəvət edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb, hazırda biz bu təklifin bütün detallarını araşdırırıq. Bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə kontaktların olacağına ümid edirik”, - Peskov bildirib.
Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Qəzza ilə bağlı Sülh Şurasının yaradıldığını elan etmişdi. Daha əvvəl Trampın Sülh Şurasına qatılmaq təklifinə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin razılıq verdiyi açıqlanmışdı.
Son xəbərlər
Son Xəbərlər