ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlamaq qərarına sərt reaksiya verərək, qurumun sədri Cerom Paueli növbəti dəfə hədəf alıb.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri özünün “TruthSocial” platformasında paylaşım edərək Paueli “axmaq” adlandırıb.
Tramp qeyd edib ki, inflyasiyanın artıq təhdid olmadığı bir şəraitdə faiz dərəcələri xeyli aşağı salınmalı idi:
“Faiz dərəcələri indi xeyli aşağı olmalıdır, xüsusən də bu axmaq belə inflyasiyanın artıq problem və ya təhdid olmadığını etiraf etdiyi halda”.
Həmçinin Tramp Pauelin fəaliyyətini “səriştəsizlik” və “vicdansızlıq” kimi qiymətləndirərək, onun vəzifədə uzun müddət qalmayacağını bir daha bəyan edib.
Qeyd edək ki, yanvarın 29-da FED-in sədri Cerom Pauell tənzimləyicinin baza faiz dərəcəsini illik 3,5% – 3,75% diapazonunda dəyişməz saxladığını açıqlayıb. Pauell növbəti endirimin nə vaxt baş tutacağı, həmçinin bu məsələnin mart iclasında müzakirə edilib-edilməyəcəyi barədə hələlik qəti qərar verilmədiyini bildirib.
Xatırladaq ki, bundan öncə D. Tramp Norveç Nobel Komitəsini də təhqir edərək, ona Sülh Mükafatının verilməməsini “axmaqlıq” adlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər