Türkiyədə “Jasmine”lə bağlı araşdırma başladıldı

turkiyede-jasminele-bagli-arasdirma-basladildi
Oxunma sayı: 1190

Türkiyədə “HBO Max” platformasında yayımlanan “Jasmine” adlı serialla bağlı araşdırma başladılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Radio və Televiziya Ali Şurası (RTÜK) açıqlama yayıb.

Bildirilib ki, “Jasmine” ailə quruluşunu hədəf alan, milli və mənəvi dəyərlərlə açıq şəkildə ziddiyyət təşkil edən, qadını istismar edən və ümumi əxlaqa uyğun olmayan məzmunlar ehtiva etdiyi səbəbilə araşdırmaya cəlb olunub.

Sözügedən serial ölümcül ürək xəstəliyi ilə yaşam mübarizəsi aparan “Yasemin”dən və ögey qardaşı “Tufan”ın ona qarşı bəslədiyi sevgi hekayəsindən bəhs edir.

Qeyd edək ki, baş obraz Yasemini aktrisa Asena Keskinci canlandırır.

Xatırladaq ki, bir müddət öncə A.Keskinci sosial şəbəkədə paylaşdığı videoda uşaqlığı ilə bağlı təfərrüatı paylaşaraq, Evrim Akının o vaxtdan bəri atası ilə birlikdə olduğunu iddia etmişdi.