Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

uc-usaq-atasi-olan-30-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 3798

Şəkidə intihar hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini 1995-ci il təvəllüdlü Bayramov Sərxan Oruc oğlu özünü Baş Göynük kəndi ərazisində yaşadığı fermada asıb.

Onun meyiti dünən axşam saatlarında tapılıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

S.Bayramovun 3 azyaşlı övladı yadigar qalıb.

Faktla bağlı araşdırma aparılır.